Bakıda 20, bölgələrdə 23 dərəcəyədək isti olacaq

Tokio, 10 fevral , /AJMEDIA/

Azərbaycanda fevralın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı bildirilir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 13-18° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 8-13° isti olacağı ehtimal edilir.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, bəzi yerlərdə 15-17° isti olacağı ehtimalı var.

Gəncə şəhərində, Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 18-23° isti olacağı proqnozlaşdırılır.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 16-21° isti, dağlarda gecə 1-6°, gündüz 10-15° isti olacağı bildirilir.

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 18-23° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12°, gündüz 18-23° isti, dağlarda gecə 8-12°, gündüz 15-20° isti olacağı gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts