Tokio, 19 yanvar , /AJMEDIA/
Ötən il ərzində Azərbaycandakı magistral neft kəmərləri ilə 37 milyon 781,5 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən AJMEDIA-ya bildirilib ki, nəqletmənin 78,7 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 2022-ci il ərzində bu kəmərlə 29 milyon 749,6 min ton neft nəql edilib.
Dövr ərzində BTC ilə 5 milyon 103,9 min ton tranzit nefti də ötürülüb.