Bakı-Tbilisi aviareysləri hava şəraitinə görə gecikmə ilə yerinə yetirilib

Tokio, 30 avqust , /AJMEDIA/

Ötən gündən etibarən Tbilisidə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-9237 və aviaşirkətin tərkibinə daxil olan “Buta Airways”in J2-9225 Bakı-Tbilisi reysləri təxirə salınıb.

AZAL-dan AJMEDIA-ya bildirilib ki, şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra hər iki reysin sərnişinləri Tbilisiyə yola düşüblər.

Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts