Tokio, 29 yanvar, /AJMEDIA/
Bakı-Şuşa-Bakı müntəzəm avtobus marşrutu üzrə reyslər davam edir.
AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, daha bir avtobus Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkət etdi.
Qeyd edək ki, hazırda Şuşaya iki istiqamətdən – Bakı və Əhmədbəylidən avtobuslar hərəkət edir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti isə təyyarə aviareysləri ilə uzlaşdırılacaq.
Xatırladaq ki, Bakı-Şuşa-Bakı avtobus reysi həftədə iki dəfə həyata keçirilir və Bakıdan Şuşaya avtobus bileti 10 manat 40 qəpikdir.