Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli vəfat edib

Tokio, 7 iyun , /AJMEDIA/

Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli uzun sürən xəstəlikdən sonra vəfat edib.
BDU-dan AJMEDIA-ya bildirilib ki, professor Nəsir Əhmədli Tovuz rayonunda dəfn olunacaq.
Nəsir Əhmədli 1942-ci il iyulun 1-də Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib.1962-1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1981-ci ildə “Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966-1975-ci illərdə dərc olunmuş materiallar əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2016-cı il Mirzə Cəlil Media Mükafatına layiq görülüb
2004-cü ildən BDU-nun Beynəlxalq jurnalistika kafedrasında işləyib. 100-ə yaxın məqalənin, 3 monoqrafiyanın, 5 dərs vəsaitinin, 10 kitabın müəllifidir, 1 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 1 elmlər namizədinin rəsmi opponenti olub.
Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb.
“Jurnalistin nitq mədəniyyəti” kitabına görə “Media açarı-2006” mükafatına layiq görülüb.
Professor Nəsir Əhmədli Azərbaycan jurnalistlərinin əksəriyyətinə dərs deyib

Follow us on social

Facebook Twitter Youtube

Related Posts