Bakı Dövlət Universiteti daha bir beynəlxalq reytinq siyahısında irəliləyib

Tokio, 29 may , /AJMEDIA/

RUR (Round University Ranking) Beynəlxalq Reytinq Agentliyi 2024-cü il üçün dünya universitetlərinin növbəti reytinq siyahısını açıqlayıb.

Bakı Dövlət Universiteti (BDU) açıqlanan reytinq siyahısında 80 pillə irəliləyərək 1042-ci yerdən 962-yə qalxıb. Eləcə də BDU RUR reytinq siyahısında tədqiqatın keyfiyyəti parametri üzrə ölkədə birinci yerdə qərarlaşıb.

Bu barədə AJMEDIA-ya BDU-dan bildirilib. Qeyd olunub ki, BDU RUR reytinq siyahısına 2013-cü ildən daxil edilib. RUR reytinqində universitetlər tədrisin keyfiyyəti (40 faiz), tədqiqatın keyfiyyəti (40 faiz), beynəlmilləşmə (10 faiz) və maliyyə dayanıqlılığı (10 faiz) istiqamətlərində qruplaşdırılan 20 parametrə görə qiymətləndirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts