Bakı Ali Neft Məktəbi ilə Buxarest Universiteti arasında anlaşma memorandumu imzalanıb

Tokio, 25 may , /AJMEDIA/

Bakı Ali Neft Məktəbi (BANM) ilə Buxarest Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Bu barədə AJMEDIA-ya Bakı Ali Neft Məktəbindən məlumat verilib.

Sənədi BANM-in rektoru Elmar Qasımov və Qara Dəniz Universitetləri Şəbəkəsinin (BSUN) Prezidenti və Buxarest Universitetinin rektoru Marian Preda imzalayıblar.

Anlaşma memorandumunda professor-müəllim heyəti, tələbə mübadiləsi, birgə tədqiqat fəaliyyətləri, seminarlarda və akademik görüşlərdə iştirak, tədris vəsaitləri və digər informasiya materiallarının mübadiləsi, eyni zamanda, qısamüddətli xüsusi akademik proqramların icrası da nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts