Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Tokio, 3 may , /AJMEDIA/

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1993-cü il 20 dekabr tarixli qərarı ilə hər il may 3-də Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Bu günlə əlaqədar Milli Kitabxanada “3 May – Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı geniş kitab sərgisi açılıb.

Kitabxanadan AJMEDIA-ya bildirilib ki, sərgidə mövzu ilə bağlı kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts