Tokio, 30 mart , /AJMEDIA/
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Tarix yazan igidlərimiz” layihəsinə AYB-nin üzvü, “Ömür axarı”, “Vətənsevər” və s. kitabların müəllifi, Mərkəzi Kitabxananın Fəxri oxucusu Bədirə Rza Həsənqızı yeni kitabını kitabxanaya təqdim etdi.
AJMEDIA xəbər verir ki, müəllifin “Nəfəsimiz Vətəndir” adlı kitabı Vətən müharibəsində şəhadətə ucalan Neftçala rayon şəhidlərinin xatirəsinə ithaf edilir. Şəhidlərimizin həyatından, döyüş yolundan, qəhrəmanlıqlarından bəhs edən bu kitabda Zəfər yolunun mübariz oğulları haqqında xatirələr də yer alır. Oxucu şəhidlərimizin həyatını, ömür səhifələrini vərəqlədikcə tariximizə daha da yaxınlaşmış olur.
Kitab 2022-ci ildə “Mücrü” nəşriyyatı tərəfindən nəşr olunub. Kitaba ön sözü AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Talıblı Sübhan Ələkbər oğlu yazmışdır.