“Azpetrol” şirkəti Laçın rayonunda modul tipli YDM istifadəyə verdi

Tokio, 30 avqust, /AJMEDIA/

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti strateji inkişaf planına uyğun olaraq, Laçın rayonunda 30 avqust tarixində sayca 106-cı modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verdi.

AJMEDIA xəbər verir ki, yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və dizel yanacaq növlərinin satışı həyata keçiriləcək. Xatırladaq ki, “Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi – “Spartak” 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 106 yanacaqdoldurma məntəqəsi (YDM), 1 maye qazdoldurma məntəqəsi (QDM ), 4 CNG tipli (CNG) qazdoldurma postu (Sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və elektromobillərin enerji ilə doldurulması üçün 20 postu fəaliyyət göstərir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts