AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşlar bərpa edib

Tokio, 09 may, /AJMEDIA/

Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırılıb.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub və artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts