Azad Ağalıda ilk parlament seçkisinə hazırlıq işləri gedir

Tokio, 25 avqust, /AJMEDIA/

“125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyasının 33 saylı seçki məntəqəsi Zəngilan rayonunun inzibati ərazisi sayılan Ağalı kəndində yerləşir. 800-dən yuxarı seçisi olan seçki məntəqəsinin hüdudları Ağalı kəndini əhatə edir”.

AJMEDIA xəbər verir ki, bunu 125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyasının 33 saylı Məntəqə Seçki Komissiyasının sədri Allahverdi Nəcəfov deyib.

O bildirib ki, seçki məntəqəsi artıq ikinci dəfədir səsvermə prosesində iştirak edir. A.Nəcəfov vurğulayıb ki, MnSK üzvləri aşağı seçki komissiyaları üçün təşkil edilən treninqlərdə iştirak ediblər. Proses MSK-nın Təqvim Planına əsasən aparılıb.

MnSK sədri VII çağırış Milli Məclisə seçkilərin Zəngilanın işğaldan azad edilməsindən sonra ilk parlament seçkisi olduğunu bildirərək, Ağalı kənd sakinlərinin seçkilərdə yüksək əhval-ruhiyyə ilə iştirak edəcəyinə ümidvar olduğunu bildirib. O qeyd edib ki, seçki məntəqəsində səs verəcək seçiciləır arasında ilk dəfə səsvermə hüququ olacaq gənclər də var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts