“Azərsu”: Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasında Yaponiyanın rolu yüksəkdir

Tokio, 28 dekabr, /AJMEDIA/

“Azərsu” ASC Azərbaycan və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”nin məsləhətçisi “Tokyo Engineering Consultants” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

“Azərsu”dan AJMEDIA-ya bildirilib ki, ASC-nin sədr müavini Etibar Məmmədov Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində Yaponiya hökumətinin və şirkətlərinin yaxından iştirak etdiyini deyib, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rolunu yüksək qiymətləndirib.

Məsləhətçi şirkətin nümayəndəsi Naoto Toda “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində işlərin uğurla icra edildiyini vurğulayaraq həyata keçirilən layihələrin əhalinin sosial rifahının və məişət şəraitini yaxşılaşdırdığını diqqətə çatdırıb: “Kiçik Şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” üzrə kredit sazişi bu ilin sonunda başa çatır, buna görə Azərbaycanı tərk edəcəyəm. 10 ildən artıq ölkənizdə çalışdım və “Azərsu” ASC ilə əməkdaşlıqdan çox məmnun qaldım”.

Qeyd edək ki, Azərbaycan və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində 5 şəhər və rayon mərkəzində (Qusar, Xaçmaz, Xızı, Qobustan, Naftalan) su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub. Bu şəhərlərdə yeni su mənbələri yaradılıb, anbar kompleksləri, magistral xətlər, içməli və tullantı su şəbəkələri, kollektorlar və tullantı sutəmizləyici qurğular inşa edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts