Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək

Tokio, 19 iyun , /AJMEDIA/

İyunun 19-dan iyulun 1-dək Moskvada və Sankt-Peterburqda P.İ.Çaykovski adına XVII beynəlxalq müsabiqə keçiriləcək.
AJMEDIA beynəlxalq müsabiqənin saytına istinadla xəbər verir ki, iştirakçılar arasında hazırda Sankt-Peterburq Mariinski Teatrının dəvətli solisti olan soydaşımız Həmid Abdulov (tenor) da var. O, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, Sankt-Peterburq Konservatoriyasının, Yelena Obraztsovanın Beynəlxalq Musiqi Akademiyasının məzunudur.
Dörd ildən bir keçirilən müsabiqənin əsas məqsədi yeni istedadların üzə çıxarılmasıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts