Azərbaycanlı alim Danimarka Kral Elmlər Akademiyasının üzvü seçilib

Tokio, 5 iyun , /AJMEDIA/

Danimarka Kral Elmlər Akademiyasına 17 yeni üzv seçilib. Onların arasında azərbaycanlı alim Məsud Aşina da var.

AJMEDIA xəbər verir ki, Azərbaycan Tibb Universitetində tibb elmləri doktoru elmi dərəcəsi alan Məsud Aşina, həmçinin hazırda Kopenhagen Universitetinin Səhiyyə və tibb elmləri fakültəsinin nevrologiya üzrə professorudur. O, sonradan Kopenhagen Universitetinin nevrologiya üzrə ordinaturasını bitirərək həmin ali təhsil ocağının fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrini alıb.

Azərbaycanlı alim Kopenhagen Universiteti Xəstəxanasındakı Danimarka Başağrısı Mərkəzində Miqren araşdırmaları bölməsinin rəhbəridir.

Professor Aşina 1995-ci ildən başağrısı tədqiqatlarında fəal iştirak edir, miqren əleyhinə yeni dərmanlar hazırlayır. Onun tədqiqat maraqlarına miqrenin eksperimental modelləri və klaster başağrısı, neyroimaging və s. daxildir. Alim, həmçinin miqren haqqında 400-dən çox məqalə və tezislərin müəllifidir.

1742-ci ildə qurulan Danimarka Kral Elmlər Akademiyasının təxminən 250 danimarkalı və 260 əcnəbi üzvü var.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts