Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Tokio, 11 iyul , /AJMEDIA/

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev iyulun 11-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Quo Min ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari, enerji, nəqliyyat-tranzit, investisiya, informasiya-kommunikasiya texnologiyaları, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasının cari ilin sonunadək Çində keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts