Azərbaycanın yunan-Roma güləşçiləri BRICS Oyunlarını 6 medalla başa vurublar

Tokio, 21 iyun , /AJMEDIA/

Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarında güləş yarışlarına yekun vurulub.

AJMEDIA xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşib. Oyunlara tam heyətlə qatılan Azərbaycan millisinin 6 üzvü fəxri kürsüyə qalxıb.

Arif Niftullayev (97 kiloqram) çempion olub. Ziya Babaşovla (63 kiloqram) Təvəkkül Həziyev (67 kiloqram) ikinci, Tuncay Vəzirzadə (82 kiloqram), Məhəmməd Əhmədiyev (87 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) isə üçüncü yeri tutublar.

Beləliklə, 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan Azərbaycan yığması 151 xalla komanda hesabında 3-cü olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts