Azərbaycanın yeni Su-25 ML hücum təyyarələri “Laçın” adlanacaq

Tokio, 29 iyul , /AJMEDIA/

Azərbaycanın Türkiyə ilə birgə modernizə edəcəyi Su-25 ML hücum təyyarələri “Laçın” adlanacaq.

Müdafiə Nazirliyindən AJMEDIA-ya verilən məlumata görə, iyulun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müşavirədə general-polkovnik Z.Həsənov İstanbulda keçirilən “IDEF – 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd edərək, silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən mənimsənilməsi, həmçinin Su-25 ML (modernizə edilmiş “Laçın”) hücum təyyarəsinin atəş imkanlarının öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib.

Qeyd edək ki, iyulun 26-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının “TUSAŞ” şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi müqaviləsinin imzalanma mərasimi” keçirilib.
“IDEF – 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən imzalanma mərasimində Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgün və digər rəsmilər iştirak edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts