Azərbaycanın yaratdığı yeni reallıqlar regionda sülh prosesini sürətləndirir

Tokio, 3 iyun , /AJMEDIA/

Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfər diplomatik sahədə də inamlı addımların atılmasına, ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm təkan verib. İkinci Qarabağ müharibəsində əldə edilən qələbə ilə Azərbaycan həm də regionda yeni reallıqlar yaradıb.
Qeyd etmək yerinə düşər ki, regionun sabitlik şəraitində inkişafında maraqlı olan hər kəs bu reallıqları qəbul etməkdədir.İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında keçirilən beştərəfli görüşü də məhz bu baxımdan müsbət dəyərləndirmək olar.
Bununla yanaşı, beş ölkənin liderlərinin qeyri-rəsmi görüşünün pozitiv müstəvidə keçdiyini nəzərə almaq və müsbət qiymətləndirmək lazımdır. Bunu təsdiq edən məqamlardan biri iyulun 21-də Brüsseldə üçtərəfli görüşün keçirilməsi barədə razılığın əldə edilməsidir. Eyni zamanda, Azərbaycan və Ermənistan XİN başçılarının da bu dövr ərzində Vaşinqtonda növbəti görüşünün təşkil olunması barədə razılıq var. Vurğulamaq yerinə düşər ki, Vaşinqtonda əsas danışıqlar məhz sülh müqaviləsi ilə bağlı olacaq.
Göründüyü kimi, məsələyə ümumilikdə yanaşsaq son hadisələr əsas sülh müqaviləsinin daha da yaxınlaşdığını demək düzgün olar. Blə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəsilə Kişineuda aparılan son danışıqlar isə daha çox aparılan işin bir mərkəzdə əlaqələndirilməsi xarakteri daşıyır. Fransa və Almaniya liderlərinin bu görüşdə iştirakı gəlincə isə deyə bilərik ki, onların həmin tədbirə qatılması daha çox qeyri-formal xarakter daşıyırdı. Yəni, əsas müzakirələr burada Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılırdı.
Həmin görüşlərdə əsasən sülh müqaviləsi üzrə danışıqların intenstivləşdirilməsinin vacibliyinin bir daha qeyd olunduğunu qeyd etmək yerinə düşər. Bu da yuxarıda vurğuladığımız məqamla bağlıdır. Yəni, daha konkret desək regionun sabit şəkildə inkişafında maraqlı olan qüvvələr Azərbaycanın Vətən müharibəsindəki Qələbədən sonra yaratdığı yeni reallıqları artıq qəbul ediblər.

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts