Azərbaycanın xarici işlər naziri Birləşmiş Krallığa işgüzar səfərə gedib

Tokio, 19 iyun , /AJMEDIA/

İyunun 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AJMEDIA-ya bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan ilə Birləşmiş Krallıq arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub.
Səfər çərçivəsində nazirin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları planlaşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts