Azərbaycanın veteran cüdoçusu 10 qat Avropa çempionu olub

Tokio, 7 iyun , /AJMEDIA/

Azərbaycanın veteran cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatının ilk günündə 1 qızıl və 2 bürünc medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, M8 yaş kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində çıxış edən Fərhad Rəcəbli bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qələbə ilə F.Rəcəbli usta cüdoçular arasında 10 qat Avropa çempionu olub.

90 kiloqram çəkidə Nazim Əliyev (M7) və 66 kiloqramda Vahid Azərpur (M8) bürünc mükafata sahib çıxıb.

100 kiloqramda isə Qabil Qasımov (M5) 5-ci yeri tutub.

Qeyd edək ki, iyunun 9-na kimi davam edəcək qitə birinciliyində 35 ölkədən 800 cüdoçu mübarizə aparır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts