Azərbaycanın turizm imkanları Hindistanda silsilə tədbirlərlə tanıdılıb

Tokio, 10 iyun , /AJMEDIA/

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Hindistanın Banqalor, Pune və Kəlkətə şəhərlərində ölkəmizin turizm imkanlarının təqdimatına həsr edilmiş silsilə tədbirlər, həmçinin Mumbay şəhərində mətbuat konfransı və şəbəkələşmə tədbiri təşkil edilib.

Dövlət Turizm Agentliyindən AJMEDIA-ya bildirilib ki, Hindistanın 100-dən çox turizm nümayəndəsi ilə Azərbaycanı təmsil edən şirkətlər arasında ikitərəfli əlaqələrin formalaşdırılması və genişləndirilməsi məqsədilə keçirilən görüşlərdə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə birgə, “Azərbaycan Hava Yolları” QSC daxil olmaqla, ümumilikdə 8 yerli tərəfdaş təmsil edib.

Səfər çərçivəsində, həmçinin Azərbaycan Turizm Bürosu tərəfindən Mumbay şəhərində 40-dan çox yerli media nümayəndəsinin iştirakı ilə mətbuat konfransı, eləcə də Hindistandan olan media və turizm şirkətlərinin iştirakı şəbəkələşmə tədbiri təşkil olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts