Azərbaycanın Su-25 təyyarələri Türkiyədə təkmilləşdiriləcək

Tokio, 26 iyul , /AJMEDIA/

Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin “TUSAŞ” şirkəti arasında müqavilə imzalanıb

İyulun 26-da Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının “TUSAŞ” şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi müqaviləsinin imzalanma mərasimi” keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, “IDEF – 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi sərgisi çərçivəsində keçirilən imzalanma mərasimində Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və digər rəsmilər iştirak ediblər.
Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrə Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin inteqrasiyası və onların avionik modernləşdirmə fəaliyyətlərinin həyata keçirilməsidir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqətdə saxladığı layihədə qardaş ölkənin müdafiə sənayesinin daxili, eləcə də milli imkan və vasitələrindən maksimum istifadə edilməsi nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts