Azərbaycanın strateji valyuta ehtiyatları 70 milyard dollara yaxınlaşır

Tokio, 21 iyun , /AJMEDIA/

Profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır.

AJMEDIA Mərkəzi Banka istinadən xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrləri haqqında məlumatda qeyd olunub.

Məlumata görə, cari ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10,1 faiz təşkil edib: “5 ayda ölkənin strateji valyuta ehtiyatları 1,8 faiz (və ya 1,3 milyard dollar) artaraq 69,7 milyard dollara çatıb”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts