Azərbaycanın sərbəst güləşçiləri reytinq turnirinin ilk günündə iki medal qazanıblar

Tokio, 7 iyun , /AJMEDIA/

Azərbaycanın sərbəst güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinin ilk günündə iki medal qazanıblar.

AJMEDIA xəbər verir ki, Maqomedxan Maqomedov (97 kiloqram) qazaxıstanlı Alışer Yerqalı ilə final qarşılaşmasında xalça üzərinə çıxmayıb.

Bununla da idmançı gümüş mükafatla kifayətlənib.

Azərbaycanın digər təmsilçisi Hacı Əliyev (65 kiloqram) isə meksikalı Austin Qomesə 12:3 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 9-dək davam edəcək reytinq turnirində 14 güləşçi ilə təmsil olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts