Azərbaycanın səfiri etimadnaməsinin surətini BƏƏ XİN-ə təqdim edib

Tokio, 17 noyabr , /AJMEDIA/

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yeni səfiri Elçin Bağırov öz etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinin protokol məsələləri üzrə katibliyinin müşaviri vəzifəsini icra edən Abdulla Məhəmməd Al Blukiyə təqdim edib.
AJMEDIA BƏƏ XİN-ə istinadla xəbər verir ki, Al Bluki səfir E.Bağırova iki dost ölkə arasında əlaqələrin daha da inkişafı sahəsindəki fəaliyyətində uğurlar arzulayıb.
Səfir Yaxın Şərq və Körfəz regionunda böyük nüfuza malik olan BƏƏ-də Azərbaycanı təmsil etməsindən məmnunluğunu ifadə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts