Azərbaycanın qızlardan ibarət basketbol yığması Avropa çempionatında final oyununa çıxacaq

Tokio, 14 iyul , /AJMEDIA/

Bu gün Azərbaycanın 16 yaşadək qızlardan ibarət yığması Avropa çempionatının C divizionunda final oyununa çıxacaq.

AJMEDIA xəbər verir ki, milli komanda Cəbəllütariqdə keçiriləcək matçda Kipr yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.

Qeyd edək ki, Evren Alkayanın yetirmələri qrup mərhələsində Ermənistanı 86:59, Gürcüstanı 97:40, Kipri 68:45 hesabı ilə məğlub ediblər. Yığma yarımfinalda isə Albaniyanı üstələyib – 92:62.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts