Azərbaycanın qadın güləşçisi Kazanda qızıl medal qazanıb

Tokio, 19 iyun , /AJMEDIA/

Azərbaycanın qadın güləşçiləri Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarında uğurlu çıxış ediblər.

Azərbaycan Güləş Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, bu gün qadın güləşi üzrə yarışın son günü olub. Oyunlara məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 4 idmançı ilə qatılan komandamızın 2 üzvü fəxri kürsüyə qalxıb. Elnurə Məmmədova (53 kiloqram) qızıl, Gültəkin Şirinova (55 kiloqram) isə bürünc medal qazanıb.

Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə medalçılar müəyyənləşəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts