Azərbaycanın nümayəndə heyəti Avropa Badminton Konfederasiyasının illik toplantısında iştirak edib

Tokio, 27 may , /AJMEDIA/

Azərbaycan Badminton Federasiyasının rəhbərliyi Avropa Badminton Konfederasiyasının illik toplantısında iştirak edib.

Qurumdan AJMEDIA-ya verilən məlumata görə, Macarıstanın paytaxtı Budapeşt şəhərində 44 ölkənin yerli badminton federasiyalarının rəhbər şəxsləri 2025-2028-ci illər üçün badminton idman növünün strateji inkişaf planını müzakirə ediblər.

Toplantı zamanı badmintonun yalnız Avropanın deyil, dünya üzrə futboldan sonra ikinci ən populyar idman növü olduğu vurğulanıb. Son statistik məlumatlara görə dünya üzrə 865 milyondan çox insan bu idman növü ilə məşğul olur və badminton ulduzları dünyanın ən bahalı idmançıları arasında yer alırlar. Aparılan statistik göstəricilərə görə qarşıdakı illərdə badminton oynayanların sayının 1 milyarda çatması gözlənilir.

Toplantı çərçivəsində Sloveniyadan Andrej Pohar Avropa Badminton Konfederasiyasının vitse-prezidenti, Radomir Jovoviç və Silvain Benain isə Direktorlar Şurasına üzv seçiliblər.

Tədbirdə iştirak edən Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov toplantı çərçivəsində bir sıra görüşlər keçirərək qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb.

2023-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi toplantının 2025-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilməsi qərara alınıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts