Azərbaycanın müdafiə nazirinin İrana səfəri başlayıb

Tokio, 25 yanvar, /AJMEDIA/

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin yanvarın 25-dən İran İslam Respublikasına səfəri başlayıb.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində müdafiə naziri general-polkovnik Z.Həsənovun İranın bir sıra dövlət rəsmiləri ilə görüşü və tədbirlərdə iştirakı planlaşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts