Azərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

Tokio, 9 iyun , /AJMEDIA/

Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə “Efes-2022” beynəlxalq təlimini izləmək üçün qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 8-də İzmir şəhərində türkiyəli həmkarı ilə görüşüb.
Müdafiə Nazirliyindən AJMEDIA-ya bildirilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub

Follow us on social

Facebook Twitter Youtube

Related Posts