Azərbaycanın müdafiə naziri Çinin müdafiə sənayesi kompleksinə daxil olan şirkət rəhbərləri ilə görüşüb

Tokio, 30 oktyabr , /AJMEDIA/

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Çin Xalq Respublikasına işgüzar səfəri davam edir.

Nazirlikdən AJMEDIA-ya bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyini ziyarət edib. Burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi dərin ehtiramla yad edilib.

Sonra müdafiə naziri Çinin müdafiə sənayesi kompleksinə daxil olan bir neçə şirkət rəhbərləri ilə görüşüb.

Ölkəmizin Çindəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynovun da iştirak etdiyi görüşlərdə birgə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts