Azərbaycanın minifutbol millisi Avropa çempionatına darmadağınla başlayıb

Tokio, 2 iyun , /AJMEDIA/

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında ilk oyununu keçirib.

AJMEDIA xəbər verir ki, F qrupunda yer alan Elşad Quliyevin başçılıq etdiyi yığma Belçika seçməsi ilə qarşılaşıb.

Görüş milli komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Vüsal İsayev (2) və Samir Həmzəyev vurublar.

Azərbaycan millisi qrup mərhələsində növbəti oyunlarını iyunun 3-də İtaliyaya, bir gün sonra isə Fransaya qarşı keçirəcək.

Qeyd edək ki, bundan əvvəlki Avropa çempionatının qalibi məhz Azərbaycan yığması olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts