Azərbaycanın kənd təsərrüfatı naziri İtaliyada şərabçılıq müəssisəsinin fəaliyyəti ilə tanış olub

Tokio, 29 iyun, /AJMEDIA/

İtaliyada işgüzar səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Latsio regionunda yerləşən məşhur “Castel DePaolis” şərab istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

AJMEDIA xəbər verir ki, nümayəndə heyəti şərabçılıq müəssisəsinin üzüm sahələrinə baş çəkib, müasir istehsal texnologiyaları və keyfiyyətə nəzarət mexanizmləri ilə maraqlanıb. Heyət üzvlərinə müəssisələrin fəaliyyət istiqamətləri, xammal təchizatı, istehsal gücü və məhsul ixracı barədə ətraflı məlumat verilib, yüksək keyfiyyət standartlarına uyğun məhsulların istehsal edildiyi bildirilib.

Görüş zamanı şərab istehsalında mövcud vəziyyət, bu sahənin inkişaf etdirilməsi, istehsalat prosesində tətbiq olunan yeniliklər, iki ölkənin biznes subyektləri arasında aqrar sahədə təcrübə mübadiləsi, ekoloji dayanıqlı istehsal və ixrac potensialının artırılması məsələləri müzakirə olunub. Tərəflər kiçik və ortahəcmli şərab istehsalçılarının dəstəklənməsi və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts