Azərbaycanın investisiya potensialı Əbu-Dabidə təqdim olunub

Tokio, 12 may , /AJMEDIA/

Əbu-Dabi şəhərində 12-ci İllik İnvestisiya Toplantısı keçirilib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-dan AJMEDIA-ya bildirilib ki, toplantı çərçivəsində Azərbaycanın investisiya imkanlarına dair təqdimat olub. Rəsmi şəxslərin, iş adamları və investorların iştirak etdiyi Azərbaycanın ölkə təqdimatında AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və Ələt Azad İqtisadi Zonasının nümayəndələri tərəfindən ölkəmizin investisiya imkanları, sahibkarlara dəstək göstərən qurumların fəaliyyəti, iqtisadi zonalarda yaradılmış əlverişli şərait və turizm potensialına dair məlumat verilib.
Eyni zamanda, Azərbaycan toplantı çərçivəsində təşkil olunmuş sərgidə “Invest in Azerbaijan” stendi ilə təmsil olunub. AZPROMO və KOBİA-nın birgə təşkilatçılığı ilə stendimizdə Azərbaycan iqtisadiyyatına, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə dair məlumatlar yerləşdirilib. Ölkə stendində, həmçinin işğaldan azad edilmiş Azərbaycan ərazilərinin potensialı və investisiya qoyuluşu imkanları barədə məlumat verilib, Ələt Azad İqtisadi Zonasında yaradılmış imkanlar, Dövlət Turizm Agentliyi tərəfindən ölkəmizin turizm potensialı təqdim edilib.
Qeyd edək ki, 2011-ci ildən hər il keçirilən və dünyanın müxtəlif ölkələrindən rəsmi şəxsləri, iş adamlarını, investorları bir araya gətirən İllik İnvestisiya Toplantısı sahibkarlığın inkişafı üçün investisiya imkanlarının, sərmayələrin təşviqi tendensiyalarının və bu sahədə əməkdaşlığın müzakirə olunması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması baxımından əlverişli platformadır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts