Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Tokio, 24 iyun , /AJMEDIA/

    Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa çempionatına start verilib.

    Azərbaycan Boks Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, milli komandanın 2 idmançısı yarışa qələbə ilə başlayıb.

    Kənan Aslanlı (63 kiloqram) 1/16 finalda Uilliam Murla (İngiltərə) qarşılaşıb. Döyüş 4:1 (29:27, 28*:28, 28*:28, 27:29, 28*:28) hesabı ilə boksçumuzun xeyrinə yekunlaşıb. K.Aslanlı ikinci görüşündə irlandiyalı Eduard Hartla üz-üzə gələcək.

    Adil Zalov (66 kiloqram) da adını 1/8 finala yazdırıb. O, startda Luka Mazanaşvilini (Gürcüstan) mübarizədən kənarlaşdırıb – 3:1 (27:29, 30:26, 29:27, 28:28, 29:27). A.Zalov da növbəti döyüşündə irlandiyalını sınağa çəkəcək. Onun rəqibi Con Maher olacaq. Hər 2 görüş iyunun 25-də baş tutacaq.

    Qeyd edək ki, yarış iyunun 30-da başa çatacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts