Tokio, 14 fevral, /AJMEDIA/
Azərbaycanın gənc taekvondoçusu Humay Dadaşova Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində qızıl medal qazanıb.
Bu barədə AJMEDIA-ya Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
46 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.