Azərbaycanın Əməkdar artisti İtaliyada növbəti konsertdə çıxış edib

Tokio, 3 yanvar , /AJMEDIA/

Azərbaycanın Əməkdar artisti Afaq Abbasova İtaliyanın Toskana regionunun Viareccio şəhərində konsert proqramında çıxış edib.

AJMEDIA xəbər verir ki, Yeni il münasibətilə Eden teatrında baş tutan konsertdə Afaq Abbasova Puççini Festivalının orkestri – dirijor Cuzeppe Lanzetta və tenor Dieqo Kavazzini ilə birgə eyni səhnəni bölüşüb. Konsert “50 Canale” və “88 Canale” kanallarından canlı yayımlanıb.

Afaq Abbasova xoş təəssüratlar yaşadığını, artıq ənənəvi olaraq italyan dinləyiciləri qarşısında çıxış etdiyini bildirib.

“Bu, həm məsuliyyət tələb edən, həm də qürurverici işdir. Puççini musiqisi ilə məhz İtaliyada dünyaşöhrətli ifaçılarla eyni səhnəni bölüşməkdən məmnunluq duyuram. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”, – deyə Azərbaycanın Əməkdar artisti qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts