Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin ətraf mühitin mühafizəsini ali məqsəd kimi gördüyünün göstəricisidir

Tokio, 31 may , /AJMEDIA/

Minaların ətraf mühitə ziyanı böyükdür və onlar ətraf mühit üçün yeni çirklənmiş ərazilər yaradır.

AJMEDIA xəbər verir ki, bu fikirlər BMT-nin Sülh Əməliyyatları Departamentində Qanunun aliliyi və təhlükəsizlik institutları üzrə baş katibin köməkçisi Aleksandr Zuyevin “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına videomüraciətində yer alıb.

O, Azərbaycan hökumətinə ətraf mühiti mühafizə sahəsində həyata keçirdiyi tədbirlərə, xüsusilə mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlərin 18-ci dayanıqlı inkişaf məqsədi (DİM) kimi təqdim etdiyinə görə təşəkkür edib: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi onu göstərir ki, ölkə ətraf mühitin mühafizəsini ali məqsəd kimi görür. Azərbaycanın minatəmizləmə fəaliyyətini – xüsusilə ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirirəm. Bu yaxınlarda beynəlxalq mina fəaliyyətləri standartlarının yenilənməsi dərc olunacaq. Ümumilikdə mina problemi ilə ətraf mühit arasında əlaqəni qabartmaq vacibdir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts