Azərbaycanın boks millisi “BRİCS Sports Games Kazan 2024”də tam heyətlə çıxış edəcək

Tokio, 18 iyun , /AJMEDIA/

Kişi boksçulardan ibarət Azərbaycan millisi Tatarıstanın paytaxtı Kazana yollanıb.

Azərbaycan Boks Federasiyasından AJMEDIA-ya verilən məlumata görə, yığmamız “BRİCS Sports Games Kazan 2024” beynəlxalq multi-idman yarışında iştirak edəcək.

Turnirdə milli komanda tam heyətlə mübarizə aparacaq. Məşqçilər korpusu “BRİCS Sports Games Kazan 2024”də Tural Sarıyev (48 kiloqram), Məsud Yusifzadə (51 kiloqram), Amin Məmmədzadə (54 kiloqram), Ümid Rüstəmov (57 kiloqram), Maqsud Xasmetov (60 kiloqram), Ruslan Rüstəmov (63,5 kiloqram), Nəbi İsgəndərov (67 kiloqram), Cavid Çələbiyev (71 kiloqram), Mirşərif Kazımzadə (75 kiloqram), Fəqan Məmmədov (80 kiloqram), Seyid Seyidov (86 kiloqram), Vətən Hüseynli (92 kiloqram) və Yohannes Nuriyevə (+92 kiloqram) şans verəcək.

Qeyd edək ki, multiidman turnirində boks yarışları iyunun 19-22-də keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts