Azərbaycanın Baş naziri Əli Əsədov ilə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov arasında telefon danışığı olub

Tokio, 16 fevral , /AJMEDIA/

Fevralın 16-da Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, Akılbek Japarov Əli Əsədovu Azərbaycan Respublikasının Baş naziri təyin olunması münasibətilə təbrik edib.

Söhbət zamanı Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Tərəflər Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığının inkişaf perspektivlərini də müzakirə ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts