Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Tokio, 12 mart , /AJMEDIA/

Martın 12-də Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb.

AJMEDIA xəbər verir ki, qida məhsulları, tibbi ləvazimatlar və dərmanlardan ibarət 380 tonluq yardım təyyarə ilə Polşaya, oradan isə Ukraynaya çatdırılacaq.

Humanitar yardımın yola salınması mərasimində Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski jurnalistlərə müsahibə verib.

Səfir bildirib ki, artıq iki həftədir Azərbaycan Ukraynaya müntəzəm olaraq humanitar yadım göndərir. Göndərilən yardımlar yüzlərlə insanı xilas edir. Azərbaycandan Ukraynaya hazırkı vəziyyətdə lazım olan tibbi avadanlıqlar, dərmanlar və qida məhsulları göndərilir. Buna görə Azərbaycan dövlətinə və xalqına, xüsusilə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk.

“Azərbaycan və Ukrayna uzun illər həmrəylik nümayiş etdiriblər. Biz, sadəcə, strateji tərəfdaşlar deyilik, biz həm də dost ölkələrik”, – deyə diplomat əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts