Azərbaycanda velosiped zolağından istifadə qaydaları ilə bağlı qanunvericilik təkmilləşdirilir

Tokio, 12 iyun , /AJMEDIA/

Azərbaycanda velosiped zolağından istifadə qaydaları ilə bağlı qanunvericilik təkmilləşdirilir.

AJMEDIA xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 12-də keçirilən iclasının gündəliyində müzakirə edilən “Yol hərəkəti haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.

Dəyişikliklərlə, qanunvericiliyə velosiped yolu, zolağı, cığırı anlayışları daxil edilir.

Qanun layihəsinə əsasən, velosiped zolağı yolun hərəkət hissəsinin velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, 1.26 nişanlaması ilə işarələnmiş və uzununa nişanlama xətti ilə ayrılmış hissəsidir.

Velosiped cığırı velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş və 1.26 nişanlaması ilə işarələnmiş ayrıca yol və ya yol hissəsidir. Velosiped cığırı digər yoldan və ya eyni yolun digər elementlərindən konstruktiv şəkildə ayrılır.

Velosiped yolu velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün nəzərdə tutulmuş velosiped cığırı və ya zolağıdır.

Qanun layihəsinə əsasən, velosiped zolağı qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər.

Velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti, dayanması və ya durması qadağandır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts