Azərbaycanda son sutkada cəmi 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Tokio, 29 may , /AJMEDIA/

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDIA-ya verilən məlumata görə, son sutkada infeksiyaya 1 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 5 nəfər sağalıb, vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 822 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 461 nəfər müalicə olunaraq sağalıb, hazırda 88 aktiv xəstə var. Bu günə qədər 10 273 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 687, bu günə qədər isə ümumilikdə 7 619 511 test icra olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts