Tokio, 8 yanvar , /AJMEDIA/
Bu gün prezidentliyə nаmizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır.
AJMEDIA xəbər verir ki, proses yanvarın 8-i saat 18:00-dək davam edəcək.
Qeyd edək ki, prezidentliyə nаmizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb.
Bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi MSK tərəfindən təsdiqlənib. Namizədliyi irəli sürülən 3 nəfərin namizədliyi qeydə alınıb.