Azərbaycanda ilk dəfə olaraq Təlimçilər Çempionatı keçirilib

Tokio, 3 iyun , /AJMEDIA/

İyunun 2-də “Human Development Center”in (HDC) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Təlimçilər Çempionatı keçirilib.

AJMEDIA xəbər verir ki, Bakı Gənclər Mərkəzində baş tutan çempionatda, ümumilikdə 30 təlimçi iştirak edib.

Yarışmanın sonunda “Ən yaxşı təlimçi” nominasiyası üzrə qalib olan şəxs müəyyən edilib.

Qeyd edək ki, tədbirin əsas məqsədi təlimçilik sahəsi üzrə çalışan, bu sahəyə maraqlı olan şəxslərin – iştirakçıların öz bacarıqlarını yoxlamasına imkan yaradılması və təlimçiliklə bağlı mövcud boşluqlarını müəyyənləşdirilməsidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts