Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Füzuli şəhərində olublar

Tokio, 27 avqust , /AJMEDIA/

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri avqustun 27-də Füzuli şəhərində olublar.
AJMEDIA xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov xarici diplomatlara şəhərin tarixi barədə məlumat verib.
Səfər iştirakçılarına işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilən vandalizmin nəticələri və dağıntılar göstərilib.
Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts