Azərbaycanda 17 qazıntı yatağı hərrac vasitəsilə istifadəyə verilib

Tokio, 10 iyun , /AJMEDIA/

Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Əmlak Məsələləri Dövlət Xidmətindən AJMEDIA-ya bildirilib ki, sonuncu hərracda Xızıda yerləşən “Yeni Yaşma I” qum-çınqıl yatağı üzrə təklif 7079 manatdan 201 min manata, “Təzəkənd” qum-çınqıl yatağının LOT-1 üzrə təklif 15 min manatdan 236 min manata yüksəlib. Bununla yanaşı, start qiyməti 13 min 897 manat olan “Kürdçü” qum yatağı 200 min manata istifadəyə verilib.

Hərracda qum, qum-çınqıl yataqları ilə yanaşı, gil, qranodiorit, andezit yataqları da investorlara istifadəyə verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts