Tokio, 22 fevral, /AJMEDIA/
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turların keçirilmə yeri və vaxtı dəqiqləşib.
AJMEDIA Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, fevralın 23-də yeddinci turun matçları keçiriləcək. Günə saat 15:00-da “Neftçi” – MOİK qarşılaşması ilə start veriləcək. Ardınca saat 17:00-da “Ekspress” – “Murov” matçı başlayacaq.
Fevralın 27-də isə səkkizinci tur çərçivəsində ilk olaraq meydana “Sərhədçi” və “Neftçi” komandaları çıxacaqlar. Oyun saat 15:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra MOİK – “Ekspress” duelinə start veriləcək.
Hər iki turun oyunları “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun olaraq oyunlara azarkeş buraxılmır.