Tokio, 23 may , /AJMEDIA/
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Küveytin 23 yaşadək oyunçulardan ibarət komandası ilə yoldaşlıq matçı təxirə salınıb.
AJMEDIA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna rəqibin Bakıya səfərinin baş tutmaması səbəb olub.
Qeyd edək ki, qarşılaşma mayın 26-da gerçəkləşməli idi.